...

Prezident İlham Əliyev: Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb

Siyasət Materials 28 Sentyabr 2021 20:41 (UTC +04:00)
Prezident İlham Əliyev: Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb

Bakı. Trend:

Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “France-24” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, QHT-lərin istinad etdiyi şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək, cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib.

Azərbaycan Prezidenti deyib: “Həmin şəxslər sinifləşdirməyə, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, hərbi əsir hesab edilə bilməz. Hərbi əsirlər müharibə zamanı əsirliyə düşmüş insanlar hesab edilir. Noyabrın 10-da müharibə dayandırıldı. Dekabrın əvvəlində biz azad etdiyimiz ərazidə erməni təxribat dəstəsinin 62 üzvünü aşkar etdik. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti