...

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir - Türkiyə Prezidenti

Siyasət Materials 30 Sentyabr 2021 14:30 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir .

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

R.T.Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq:

"Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".

R.T. Ərdoğan həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin hər zaman Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət “altılıq platforması” təşəbbüsünü müzakirə etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti