Bakı. Trend:
Bəhreynin İsraildəki səfirliyinin açılış mərasimi 2021-ci ilin sonuna qədər baş tutacaq.
Trend-in məlumatına görə, bu barədə "Twitter"ində İsrailin xarici işlər naziri Yair Lapid ölkəsinin Manamadakı diplomatik nümayəndəliyin açılışından sonra bildirib.
Qeyd edək ki, ötən gün Manamada İsrailin diplomatik missiyası fəaliyyətə başlayıb.