...

TÜRKPA Baş katibi: Azərbaycanın qazandığı Zəfər müasir dövrün tarixinə bənzərsiz hadisə kimi yazılıb

Siyasət Materials 6 Noyabr 2021 00:20 (UTC +04:00)
TÜRKPA Baş katibi: Azərbaycanın qazandığı Zəfər müasir dövrün tarixinə bənzərsiz hadisə kimi yazılıb

Bakı. Trend:

Noyabrın 5-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyində 8 Noyabr – Zəfər Günü münasibətilə iclas keçirilib.

TÜRKPA-dan Trend-ə bildirilib ki, Baş katib Mehmet Süreyya Er iclasda çıxış edərək bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycan xalqını təbrik edib, Vətən müharibəsi şəhidlərinə rəhmət, qazilərə şəfa diləyib, eləcə də zəfər yürüşündə qazanılmış uğurların əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, 30 ilə yaxın müddətdə Azərbaycana qarşı irəli sürülən əsassız ərazi iddiaları və həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində tarixi Azərbaycan ərazisi haqsız işğala məruz qalıb. Şanlı Azərbaycan Ordusu 44 günlük mübarizədə göstərdiyi misilsiz şücaət və əzmkarlıqla Vətən torpaqlarını azad edib və əldə edilmiş bu böyük Zəfər müasir dövrün tarixinə bənzərsiz hadisə kimi yazılıb. Eyni zamanda, Türkdilli dövlətlərin tarixən Vətən uğrunda apardığı mübarizədən hər zaman qalib çıxdığı xüsusi olaraq vurğulanıb.

Azərbaycan xalqının iradəsi, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, müasir ordu quruculuğu, o cümlədən bu mübarizədə qardaş türkdilli dövlətlərin daim göstərdiyi dəstək ölkənin Qələbəsini təmin edib və bütün dünyaya Azərbaycanın düşmən üzərində tarixi Qələbə qazandığını sübuta yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti