...

Zəfər Günü münasibətilə İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb (FOTO)

Siyasət Materials 9 Noyabr 2021 01:06 (UTC +04:00)
Zəfər Günü münasibətilə İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Vətən müharibəsində əldə edilən Zəfərin birinci ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Trend xəbər verir ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi və Quru Yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub.

İşıqlandırma noyabrın 7-i və 8-i olmaqla iki gün davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti