Bakı. Trend:
Türkiyənin Azərbaycandakı səfirliyi 17 noyabr Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib.
Trend xəbər verir ki, səfirliyin rəsmi Twitter səhifəsində paylaşılmış təbrikdə deyilir:
"Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin Türkiyə və Azərbaycan qardaşlığı kimi əbədi olmasını arzu edirik!".