Bakı. Trend:
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistanla Azərbaycan arasında gərginliyin davam etməsi ilə bağlı narahatlığını ifadə edib.
Trend-in məlumatına görə, bu barədə X.Kolomina öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, NATO normallaşma prosesini və qalan məsələlərin həllini dəstəkləyir.