...

Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib

Siyasət Materials 30 Noyabr 2021 17:57 (UTC +04:00)
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə başsağlığı verib.

Trend-in məlumatına görə, türkiyli nazir bununla bağlı Z.Həsənova və E.Quliyevə zəng edib.

H.Akara danışıqlar zamanı qəza nəticəsində həlak olanlara görə başsağlığı bildirib, yaralananlara şəfa diləyib.

Eyni zamanda, H.Akar Azərbaycan xalqına başsağlığı verib və həlak olanların ailəsinə səbr arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti