...

Xarici İşlər Nazirliyi vətəndaşların işə qəbulu ilə bağlı müsabiqəyə başlayır

Siyasət Materials 3 Dekabr 2021 11:49 (UTC +04:00)
Xarici İşlər Nazirliyi vətəndaşların işə qəbulu ilə bağlı müsabiqəyə başlayır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşların işə qəbulu ilə bağlı müsabiqəyə başlayır.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov brifinq zamanı deyib.

O bildirib ki, vətəndaşların işə qəbul şərtlərinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən bir sıra tapşırıqlar verilib.

"Bu tapşırıqlar çərçivəsində həm daxili, həm də beynəlxalq səviyyədə müxtəlif addımlar atılır. Tərəfimizdən kadr siyasətində bir sıra boşluqlar aşkar edilib, hazırda XİN bu boşluqların aradan qaldırılması üzərində işləyir", - deyə nazir müavini bildirib.

O, əlavə edib ki, xaricdəki konsulluqlardakı əməkdaşlar da ixtisasın artırılması üzrə müvafiq kurslar keçir.

"2020-ci ilin sentyabrından başlayaraq 75 diplomat, eləcə də 15 texniki işçi ixtisasın artırılması üçün Azərbaycana çağırılıb. Eyni zamanda 102 əməkdaş müxtəlif konsulluqlara göndərilib", - E.Məmmədov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti