...

Türkiyənin KMG556 pulemyotu kütləvi istehsala hazırdır

Siyasət Materials 13 Dekabr 2021 03:08 (UTC +04:00)
Türkiyənin KMG556 pulemyotu kütləvi istehsala hazırdır

Bakı. Trend:

Türkiyənin KMG556 pulemyotu sınaqlardan keçib və kütləvi istehsala hazırdır.

Trend xəbər verir ki, bunu yerli KİV-lərə istehsalçı "KaleKalıp" şirkətinin strateji əlaqələr şöbəsinin rəhbəri Hakan Akkoç deyib.

Onun sözlərinə görə, silah üzərində iş və sınaqlar iki il müddətində davam edib. Kütləvi istehsaladək pulemyot 34 sınaqdan keçib.

Pulemyotun çəkisi 7,8 kiloqramdır və 5,56 mm çaplı patronlar istifadə etməklə atəş tezliyi dəqiqədə 750-950 patron təşkil edir. Silahın bütün komplekt hissələri Türkiyədə istehsal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti