Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.
Trend xəbər verir ki, Türkiyə XİN başçısının tviter hesabında etdiyi paylaşımda deyilir: “Can Azərbaycanın dövlət başçısını və Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum gününü təbrik edirəm. Doğum gününüz mübarək olsun, cənab Prezident!”.