...

20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi

Siyasət 20 Yanvar 2022 10:41 (UTC +04:00)
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi

Bakı. Samir Əli - Trend:

1990-cı il yanvarın 20-də Sovet qoşunları tərəfindən Bakı şəhərinə “Udar” hərbi əməliyyatı adı altında müdaxilə edilərək Azərbaycan xalqının mübarizlik əzmini sındırmaq məqsədi güdülürdü, lakin bu, tamamilə əks effekt verdi.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Bu, Azərbaycan xalqının müstəqillik uğrunda olan əzmini daha da artırdı. Beynəlxalq ictimaiyyətə 20 Yanvar hadisələri haqqında məlumatı çatdıran ulu Öndər Heydər Əliyev olub. 20 Yanvar Azərbaycan xalqının mübarizlik və qəhrəmanlıq salnaməsidir.

Bu gün biz 20 Yanvar faciəsini əvvəlki illərdən fərqli ruhda, ahəngdə qeyd edirik. Artıq Azərbaycan torpaqları işğaldan azad edilib, Azərbaycan xalqı 20 Yanvar hadisələrini qəhrəmanlıq nümayiş etdirərək torpaqlarını işğaldan azad etmiş məğrur, qürurlu bir xalq olaraq anır", - H.Hacıyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti