...

İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi

Siyasət 22 Yanvar 2022 23:57 (UTC +04:00)
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi

Bakı. Trend:

İran və Türkiyə prezidentləri telefon danışığı zamanı ikitərəfli və regional əlaqələri müzakirə edərək, Tehran və Ankara arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Trend-in məlumatına görə, İran prezidenti İbrahim Rəisi söhbət zamanı qeyd edib ki, Tehran və Ankara arasında münasibətlərin inkişafı, ikitərəfli və regional formatda əməkdaşlıq üçün potensial mövcuddur:

"İran İslam Respublikasının Türkiyə ilə əlaqələr və əməkdaşlıqda uzunmüddətli, hərtərəfli baxışı var və biz Türkiyə ilə strateji əməkdaşlığın planlaşdırılmasını alqışlayırıq".

İ.Rəisi regionun müxtəlif bölgələrində davamlı təhlükəsizlik və sabitliyə nail olmağın yeganə yolu kimi ölkələrin suverenliyi, ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz növbəsində tezliklə Tehrana səfər etməkdə maraqlı olduğunu bildirib və deyib ki, Türkiyə İran İslam Respublikası ilə əlaqələri gücləndirmək üçün müxtəlif iqtisadi əməkdaşlıq sahələrinin siyahısını hazırlayıb.

O, İranın Türkiyəyə enerji tədarükünün davam etdirilməsini qeyd edərək deyib: "Türkiyə İrana etibarlı enerji təchizatçısı kimi baxır və Tehranla əməkdaşlığın səviyyəsini artırmağa çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti