...

Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığın inkişafına nail olunmalıdır - Bahar Muradova

Siyasət 25 Yanvar 2022 11:48 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığın inkişafına nail olunmalıdır - Bahar Muradova

Bakı. Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərazilərin bərpası həm daxili, həm də xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar açır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

O bildirib ki, işgüzar mühitin yaxşılaşdırılması üçün ciddi addımlar atılmaqdadır.

“Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığın inkişafına nail olunmalıdır. İlk olaraq bu sahədə mövcud sahibkarlar və onların birlikləri artıq məskunlaşma üçün hazır olan Zəngilanın Ağalı kəndi və Ağdamda məskunlaşacaq sakinlərin təlabatına uyğun layihələri orada həyata keçirməlidirlər.

2 iqtisadi rayonda ailə təsərrüfatlarının yaradılması qadın sahibkarlar üçün vacib gündəlik ola bilər”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti