...

Sahibə Qafarovanın Litvaya rəsmi səfəri başlayıb

Siyasət Materials 3 Fevral 2022 18:59 (UTC +04:00)
Sahibə Qafarovanın Litvaya rəsmi səfəri başlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıği ilə parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfərə gəlib.

Bu barədə Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir.

Vilnüs Beynəlxalq Hava Limanında nümayəndə heyətimizi Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Kazis Starkeviçus, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər zamanı Milli Məclis sədrinin Litva Respublikasının Prezidenti, ölkə Seyminin sədri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti