...

Prezident İlham Əliyev: Tezliklə Qobuda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışını edəcəyik

Siyasət Materials 4 Fevral 2022 18:11 (UTC +04:00)
Prezident İlham Əliyev: Tezliklə Qobuda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışını edəcəyik

Bakı. Trend:

Tezliklə biz Qobu qəsəbəsində demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışını edəcəyik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz elektrik enerjisi infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq və deyə bilərəm ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində biz dünyada ikinci yerdəyik. Beləliklə, biz böyük həcmdə vəsait yatırmışıq və elektrik enerjisi xətlərini demək olar ki, tamamilə müasirləşdirmişik, yeni elektrik stansiyaları tikmişik. Misal üçün, tezliklə biz Qobu qəsəbəsində demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışını edəcəyik. Ötən ay bu zalda biz tamamilə əcnəbi investor, enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimini qeyd etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti