...

Azərbaycanın Rusiyadakı Səfirliyi Arutyunyanın bu ölkəyə səfərinə münasibət bildirib

Siyasət Materials 10 Fevral 2022 15:17 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı Səfirliyi Arutyunyanın bu ölkəyə səfərinə münasibət bildirib

Bakı. Trend:

Azərbaycanın Rusiyadakı Səfirliyi özünü Qarabağın "nümayəndəsi" kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı açıqlama yayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, açıqlamada deyilir:

"Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlmiş və burada bəzi soydaşları ilə görüşmüşdür.

Qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməmişdir.

Səfirlik bir daha qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti