...

Regionda əməkdaşlıq üçün yaxşı imkanlar yaranıb - Tahir Mirkişili

Siyasət Materials 22 Fevral 2022 11:44 (UTC +04:00)
Regionda əməkdaşlıq üçün yaxşı imkanlar yaranıb - Tahir Mirkişili

Bakı. Elçin Mehdiyev -Trend:

Qarabağ münaqişəsi sona çatıb və artıq hərbi əməliyyatlar aparılmır. Biz münaqişə tərəfdarı deyilik. Bu münaqişə regionda böyük fəsadlara səbəb olub.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında deyib.

"Mən özüm Qarabağdanam və siz gedib baxsanız mənim evimin nə vəziyyətə salındığını görəcəksiniz. İşğaldan azad edilmiş ərazilərə getsəniz, nə qədər böyük dağntıların olduğunu görərsiniz. Əgər Ağdama getsəniz, siz orada Qafqazın Xerosimasını görəcəksiniz. Birinci Qarabağ müharibəsi zaman biz 20 minə qədər insanımızı itirmişik. 4 minə qədər insanın taleyi hələ də naməlum qalır.

Münaqişə artıq başa çatıb və biz artıq münaqişə istəmirik. Biz heç bir revanşizm və ya təhdid görmək istəmirik. Azərbaycan güclü dövlətdir. Biz gələcəkdə hər hansı revanşist qüvvələrə cavab verməyə hazırıq. Ancaq münaqişə artıq keçmişdə qalıb və biz indi gələcəyə baxmalıyıq. İndi regionda əməkdaşlıq üçün yaxşı imkanlar yaranıb və biz bu imkanlardan istifadə etməliyik. Biz bu imkanlardan istifadə edərək xalqlarımız üçün yaxşı gələcək qurmalıyıq. Bu imkanlardan biri 3+3 formatıdır. Bu yeni bir formatdır və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilib. Biz bu formatdan istifadə etməklə regionda dayanıqlı sülhə və iqtisadi inkişafa nail ola bilərik", - deyə T.Mirkişili əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti