...

Moskva Bəyannaməsi Rusiyadakı erməni diasporunun çoxillik səylərinə zərbədir - Emin Əliyev CBC-nin "Xüsusi buraxılış" verilişində (VİDEO)

Siyasət Materials 23 Fevral 2022 02:11 (UTC +04:00)
Moskva Bəyannaməsi Rusiyadakı erməni diasporunun çoxillik səylərinə zərbədir - Emin Əliyev CBC-nin "Xüsusi buraxılış" verilişində (VİDEO)

Bakı. Trend:

Azərbaycan və Rusiya arasında müttəfiqlik əlaqələri haqqında bəyannamə, o сümlədən, Rusiyadakı müxtəlif ermənipərəst qüvvələrin Bakı ilə Moskva arasında münasibətləri pozmaq üçün göstərdiyi uzun illər səylərinə zərbədir.

Trend-in məlumatına görə, bu barədə Trend BİA-nın baş redaktoru Emin Əliyev "CBC" telekanalının “Xüsusi buraxılış” analitik proqramında deyib.

Proqramın növbəti buraxılışında Prezident İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Moskvada keçirilən görüşün yekunları, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq Bəyannamənin imzalanması və digər aktual mövzular müzakirə edilib.

Müzakirələrdə Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov da iştirak edib.

Verilişin tam versiyasını oxuculara təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti