...

Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib - Peskov

Siyasət Materials 27 Fevral 2022 11:27 (UTC +04:00)

Bakı. Trend:

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün Belarusa gəlib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Əldə olunmuş razılığa əsasən, Ukrayna ilə danışıqlar aparmaq üçün Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumların, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti Belarusa gəlib”, - deyə o bildirib.

D. Peskov danışıqların Qomel şəhərində planlaşdırıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti