Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanın Moldova və Polşadakı səfirliklərinə əlavə diplomatlar ezam olunub. Hazırda Azərbaycan vətəndaşlarının təxliyəsi ilə əlaqədar gərgin iş aparılır.
Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
L.Abdullayeva bildirib ki, Azərbaycanın Ukraynadakı Səfirliyi də fəaliyyətini davam etdirir. O vurğulayıb ki, Azərbaycan vətəndaşlarının təxliyəsi üçün lazımi tədbirlər görülür və bundan sonra da görüləcək.