...

Hava hücumundan müdafiə bölmələrinin taktiki təlimləri keçirilib (VİDEO)

Siyasət Materials 28 Mart 2022 16:02 (UTC +04:00)
Hava hücumundan müdafiə bölmələrinin taktiki təlimləri keçirilib (VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti