...

Türkiyə Ukraynada təhlükəsizliyin təminatçısı olmaq təşəbbüsünə müsbət baxır - İbrahim Kalın

Siyasət Materials 1 Aprel 2022 23:22 (UTC +04:00)
Türkiyə Ukraynada təhlükəsizliyin təminatçısı olmaq təşəbbüsünə müsbət baxır - İbrahim Kalın

Bakı. Trend:

Türkiyə Ukraynada təhlükəsizliyin təminatçısı olmaq təşəbbüsünə müsbət baxır.

Trend-in məlumatına görə, bunu TRT Haber-ə müsahibəsində Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Biz hazırda təminatçı mərhələsində deyilik, lakin bu təşəbbüsə müsbət baxırıq. Biz Ukrayna və Rusiyanın həm danışdıqları, həm də güvəndikləri nadir ölkələrdən biriyik", - deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, bu anlamda son vaxtlar gündəmə gələn ən önəmli ölkə Türkiyədir.

"Danışıqları aparan nümayəndə heyətləri İstanbula gəlməmişdən əvvəl də biz onlarla təmasdaydıq", - deyə Türkiyə Prezidentinin mətbuat katibi qeyd edib.

İ.Kalın bildirib ki, Türkiyənin Qərb dostları da ölkənin balanslı mövqeyini başa düşür. "Hamı Rusiya ilə körpüləri yandırsa, onlarla kim danışacaq? Birləşmiş Millətlər Təşkilatında sanksiyalarla bağlı heç bir qətnamə qəbul edilməyib. Rabitə kanalının açıq qalması baxımından Türkiyənin sanksiyalar tətbiq etməməsi vacib idi", - deyə İ.Kalın əlavə edib.

Onun sözlərinə görə, Türkiyənin əsas məqsədi bu qarşıdurmaya son qoymaqdır. "Biz Boğazları və Qara dənizi hərbi əməliyyatlardan kənarda saxladıq. Türkiyənin töhfəsi hər kəs tərəfindən təqdir edilir".

Avropanın enerji təhlükəsizliyindən danışan İ.Kalın, bunun növbəti onilliklərin ən vacib məsələlərindən biri olacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti