...

Şuşada keçiriləcək qurultay Zəfər Qurultayı olacaq - Valeh Hacıyev

Siyasət Materials 20 Aprel 2022 11:51 (UTC +04:00)
Şuşada keçiriləcək qurultay Zəfər Qurultayı olacaq - Valeh Hacıyev

Bakı. Trend:

Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev deyib.

V. Hacıyev bildirib ki, bu qurultay Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayıdır.

"Şuşada keçiriləcək qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının mədəniyyət paytaxtında keçiriləcək qurultayda diasporun bundan sonrakı fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti