...

Prezident İlham Əliyev: “Xarıbülbül” festivalı heç kimin məhəl qoya bilmədiyi və göz yuma bilmədiyi bir məsələdir

Siyasət Materials 29 Aprel 2022 11:29 (UTC +04:00)
Prezident İlham Əliyev: “Xarıbülbül” festivalı heç kimin məhəl qoya bilmədiyi və göz yuma bilmədiyi bir məsələdir

Bakı. Trend:

Tezliklə Şuşada "Xarıbülbül" festivalı keçiriləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. Çünki onlar gəldiyi zaman və ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər? Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik də. Burada, Bakıda, şəhərin mərkəzində erməni kilsəsini görə bilərsiniz. Orada beş min erməni kitabı var. İrəvanda bəs nə görürük? Onlar Azərbaycan məscidinin adını dəyişiblər, onu fars məscidi adlandırıblar. Şuşadakı məscidi də fars məscidi adlandırırlar. Onlar məscidin mənşəyini dəyişmək, bəzi təmir işlərini aparmaq üçün hətta İrandan mütəxəssis də dəvət ediblər. Diplomatik nota verilmişdir, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmişdir və biz buna son qoyulmasını tələb etdik. Çünki bu da müsəlman irsinin dağıdılmasının legitimləşdirilməsinin bir hissəsi idi. Beləliklə, fərq burasındadır. Bizim Azərbaycandakı dini və tarixi irsimiz bütün Azərbaycan xalqına məxsusdur. Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq - bütün bunlar bizim milli irsimizdir və biz onları qoruyub saxlayırıq. Bakını, Şuşanı, Qubanı və digər yerləri ziyarət edən hər kəs bunu görə bilər. Lakin, əlbəttə, bu ikili standartlar yanaşması belə bir məsələdir ki, əfsuslar olsun, biz artıq onunla yaşamağa öyrəşmişik. Lakin yenə də düşünürəm ki, belə görüşlər və Şuşanın hər həftə çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir şəhər olması və orada tezliklə on ölkənin folklor qrupunun iştirak edəcəyi növbəti “Xarıbülbül” festivalının keçiriləcəyi heç kimin məhəl qoya bilmədiyi və göz yuma bilmədiyi bir məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti