...

Prezident İlham Əliyev: Biz məsələlərə real yanaşırıq, anlayırıq ki, Ermənistanla qarşılıqlı münasibətlər asan olmayacaq

Siyasət Materials 29 Aprel 2022 16:12 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz məsələlərə real yanaşırıq, anlayırıq ki, Ermənistanla qarşılıqlı münasibətlər asan olmayacaq

Bakı. Trend:

Sülh və qarşılıqlı münasibətlərə gəldikdə, biz bu məsələlərə real yanaşırıq. Çünki biz anlayırıq ki, bu, asan olmayacaq. Ona görə hər şey vaxtında və zamanında edilməlidir.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda səsləndirib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan xalqının yaraları bu 30 il ərzində sağalmayıb. İşğaldan azad olunan torpaqlara bu gün mütəmadi avtobus səfərləri keçirilir, insanlar gedirlər və öz gözləri ilə görürlər. Belə bir nifrətcəsinə münasibət, şəhərlərin dağıdılması, qəbirlərdən cəsədlərin qazılıb çıxarılması ağlasığmazdır.

“O zaman sevdiklərini itirən insanların ağrı-acılarını anlayıram və başa düşürəm. Mən özüm də orada baş verən barbarlığı unutmayacağam. Çünki biz vəhşilikləri unutmamalıyıq, bu bizim tariximizdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti