...

Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməkdə davam edir - Peter Mixalko

Siyasət Materials 17 May 2022 13:35 (UTC +04:00)
Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməkdə davam edir - Peter Mixalko
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməkdə davam edir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, Aİ Cənubi Qafqazda konkret təşəbbüslər yolu ilə dinc münasibətlərin qurulmasını dəstəkləyir.

"Aİ, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində minaların təmizlənməsi prosesini və bərpa üzrə istənilən layihələri dəstəkləyir", - deyə o bildirib.

P.Mixalko əlavə edib ki, yüzlərlə Avropa şirkəti iqtisadiyyatın müxtəlif sektorları üzrə bərpa işlərində iştirak etməkdə maraqlıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti