...

Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatı çoxtərəfli əməkdaşlığın mühüm mexanizmidir - XİN

Siyasət Materials 21 May 2022 21:26 (UTC +04:00)
Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatı çoxtərəfli əməkdaşlığın mühüm mexanizmidir - XİN

Bakı. Trend:

Çoxtərəfli əməkdaşlıq platforması çərçivəsində mühüm siyasi mexanizm 2012-ci ildə xarici işlər nazirləri tərəfindən yaradılmış (“Trabzon Bəyannaməsi”) Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatıdır.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Türkiyə ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bəyanatında deyilir.

"Mexanizmə həmçinin prezidentlər, parlamentlərin xarici əlaqələr komitələri və müdafiə nazirləri səviyyəsində, eləcə də digər idarələr səviyyəsində əməkdaşlıq formatları daxildir. Üçtərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından üçtərəfli biznes forumların keçirilməsi praktikası da mövcuddur", - deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi regional enerji layihələri böyük əhəmiyyət kəsb edir.

"Cənub Qaz Dəhlizi (TANAP və TAP) layihəsinin və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam icrası istiqamətində fəal əməkdaşlıq davam edir", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti