...

Azərbaycanla birgə daha çox layihələrə imza atacağıq - Türkiyə Prezidenti

Siyasət Materials 29 May 2022 15:38 (UTC +04:00)
Azərbaycanla birgə daha çox layihələrə imza atacağıq - Türkiyə Prezidenti

Bakı. Trend:

Şuşa Bəyannaməsi ilə Azərbaycanla münasibətlərimizi müttəfiqlik səviyyəsinə çatdıran iki qardaş ölkə olaraq daha bir çox layihələrə birgə imza atacağıq.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

Azərbaycan Prezidenti İlham Əliyevlə mükəmməl səviyyədə olan ikitərəfli əlaqələri və Qarabağ zəfərindən sonra bölgədəki vəziyyəti nəzərdən keçirdiklərini ifadə edən Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətinin tərkibindəki nazirlərin məhsuldar görüşlər keçirdiklərini və bunun gələcəkdə əməkdaşlığı gücləndirəcəyini bildirib.

Türkiyənin Qarabağın nəqliyyat əlaqələrinin qurulması, urbanizasiyası və istehsal dünyasına yenidən inteqrasiyası üçün dəstəyinin davam edəcəyini vurğulayan R.T.Ərdoğan bildirib ki, ölkəsinin müvafiq qurumlarının şirkətlərlə birlikdə kənd təsərrüfatı torpaqlarının dirçəldilməsi üçün azərbaycanlı həmkarları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər. "Bununla da azərbaycanlı qardaşlarımızın illərdir həsrətində olduqları ata-baba torpaqlarına qovuşmasına öz töhfəmizi vermiş olacağıq", - deyə Türkiyə Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti