...

Vaşinqton meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Siyasət Materials 31 May 2022 10:31 (UTC +04:00)
Vaşinqton meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Bakı. Trend:

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə bağlı 28 May tarixini Müstəqillik Günü elan edib və bununla bağlı Bəyannamə imzalayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyannamədə bildirilir ki, Azıərbaycan müsəlman dünyasında birinci, dünyada isə bir neçə ilk dövlətdən biridir ki, qadınlara seçki hüququ verib.

Qeyd olunur ki, dünyada 50 milyon Azərbaycanlı yaşayır və ABŞ-da 700 minlik Azərbaycan icması var.

Eyni zamanda qeyd edilir ki, bu il Azərbaycanın müstəqilliyinin bərpasından və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 31 il keçir.

"Azərbaycan səfirliyi və icmasının şəhərimizə etdiyi yardımları qiymətləndirir və zəngin mədəniyyətlərini və irslərini bizimlə paylaşdıqları üçün təşəkkür edirik" , -deyə bəyannamədə vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti