...

Azərbaycan-Bolqarıstan əlaqələri dinamik inkişaf edir

Siyasət Materials 1 İyun 2022 10:20 (UTC +04:00)
Azərbaycan-Bolqarıstan əlaqələri dinamik inkişaf edir

Bakı. Trend:

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İki ölkə arasında diplomatik əlaqələr 05 iyun 1992-ci ildə qurulmuşdur. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi 1999-cu il dekabr ayından, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi isə 16 aprel 2004-cü ildən fəaliyyətə başlamışdır. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. Iki ölkə arasında əlaqələrin inkişafında ölkə parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri, hər iki ölkə parlamentində fəaliyyət göstərən Parlamentlərarası işçi qruplarının fəaliyyəti də rol oynayır. İşçi qrupunun üzvləri qarşılıqlı olaraq hər iki ölkədə keçirilən prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak edirlər.

İki ölkə arsında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. İlk dəfə 1995-ci ilin 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Bolqarıstan tərəfdən ilk dəfə Bolqarıstan Respublikasının Prezidenti Pyotr Stoyanov 02-03 dekabr tarixlərində Azərbaycana rəsmi səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstana ilk rəsmi səfəri 2005-ci ilin 23-24 sentyabr tarixlərində baş tutmuşdur.

Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə şatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Eləcə də 2017-ci ilin oktyabr ayında Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin və Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovun 15-16 yanvar 2018-ci tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərləri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaratmışdır. Bu vaxta kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

İki ölə arasında enrgrtika sahəsində aməkdaşlıq strateji səviyyəyə çatmışdır. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin malyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. “Şahdəniz” yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur.

Nəqliyyat sahəsinin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı- Tbilisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarın giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır. 2017-ci ilin may ayında Bolqarstanın paytaxtı Sofiya şəhərində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş “Bolqarıstan – Azərbaycan: 25 illik diplomatik, ikitərəfli əməkdaşlıq və çoxtərəfli əməkdaşlıq üçün perespektivlər” mövzusunda konfrans keçirilmişdir. 2018-ci ilin yanvarın 16-dan etibarən Balı-Sofiya-Bakı aviareysinin açılması münasibəti ilə Bolqarıstanda Azərbaycanın turizm potensialının təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin dəstəyi ilə, “Bulqaria APG” və “Buta Airways” şirkətlərinin birgə təşkilatşılığı ilə tədbir keçirilmişdir. Bu aviareysin açılması yalnız iki ölkənin avia qurumları arasında əməkdaşlığın yaradılıması deyil, həm də insanların bir araya gəlməsi, ideya mübadiləsi, müxtəlif layihələrin birgə həyata keçirilməsi, iki ölkənin yaxınlaşması deməkdir.

Ötən dövr ərzində iki ölkə arasında enrgetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etmişdir. 23 sentyabr 2016-cı il tarixdə Bolqarıstan Respublikasının Baş naziri Boris Boykonun, Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı Heydər Əliyev Fondu tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpadan sonra açılış mərasimi keçirilmişdir.

Hər il Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Bolqarıstandakı Azərbaycan diasporunun və Bakı Slavyan Univesitetinin Müqəddəs Kliment Ohridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatşılığı ilə, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupu üzvlərinin iştirakı ilə Bolqarıstanda Xocalı faciəsinin ildınümü qeyd olunur.

Ötən 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox uşurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.

Rauf Əliyev

Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti