Bakı. Trend:
Ümid edirəm ki, Azərbaycandan Avropaya qaz tədarükünün artırılması ilə bağlı bütün texniki məsələlər tezliklə həll olunacaq.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.
"Əlavə qaz mənbələri tapmaq lazımdır. Ötən həftə bir sıra ölkələrdən, o cümlədən ABŞ-dan yüksək vəzifəli şəxslərin iştirakı ilə Bakı Enerji Forumu keçirildi. Tədbirdə dövlət katibi köməkçisinin müavini Laura Loxman da iştirak etdi. Biz Azərbaycana Avropaya qaz ixracını artırmağa mane olan bəzi texniki problemləri həll emtək barədə müzakirələr apardıq. Əminik ki, bu problemlərin həllini tapa biləcəyik", - səfir deyib.
(Tərcümə: Orxan Nəbiyev)