Bakı. Trend:
IX Qlobal Bakı Forumu çərçivəsində “Qloballaşma və artan
bərabərsizlik”
mövzusunda panel iclası keçirilib.
Trend-in məlumatına görə, BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Francis O’Donnel’in moderatorluğu ilə keçirilən panel iclasında gəlirlərdə qeyri-bərabər keyfiyyətlər, iqtisadi keyfiyyətlərə diqqət yetirmək, qeyri-bərabərliklərin gender ölçüsü və bir sıra mövzular müzakirə edilib.
Panel iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, bərabərsizliklərin qarşısını almaqla uğurlu iqtisadiyyata sahib oluna bilər. Cəmiyyətlərin dəyərlərinə diqqət yetirməli, onların gəlir bərabərsizliklərinə də baxmalıyıq. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik aktlarımızın təkmilləşdirməsini davam etdirəcəyik.
Ekvadorun sabiq prezidenti Rosalia Arteaga Serrano həmçinin
bildirib ki, qeyri-bərabərsizlik hələ də həllini tapmayan əsas
problemlərdən biridir. Bu da öz növbəsində cəmiyyətin inkişafına
mane olur.
Panel digər iştirakçıların müzakirələri ilə davam edib.
Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan 9-cu Qlobal Bakı Forumunda 50-dın çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.