...

Şuşada teleqüllənin inşasına bu il başlanıla bilər - Aydın Kərimov

Siyasət Materials 9 İyul 2022 14:39 (UTC +04:00)
Şuşada teleqüllənin inşasına bu il başlanıla bilər - Aydın Kərimov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada bütün Qarabağ üzrə televiziya və radio yayımının müasir formada təşkili məqsədilə xüsusi teleqüllənin inşasına qərar verilib. Artıq onun da layihəsi bitib və ümid edirik ki, bu il inşasına başlanılacaq.

Trend-in məlumatına görə, bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində bildirib.

Onun sözlərinə görə, hazırda 3 mühüm abidədə - Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işləri aparılır.

"Bu il üçün nəzərdə tutulan başlıca işlərdən biri olaraq şəhərdə 960 şagirdlik məktəbin inşası davam etdirilir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti