Bakı. Trend:
Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə bu ayın sonuna qədər 41 ailənin köçürülməsi həyata keçiriləcək.
Trend-in məlumatına görə bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
O qeyd edib ki, bununla bağlı artıq kifayət qədər böyük tədbirlər görülür.
"Ayın sonuna qədər artıq məcburi köçkünlər həmin evlərə qayıdacaqlar”, - deyə V.Hacıyev əlavə edib.