Bakı. Trend:
Azərbaycan minatəmizləmə prosesinə Avropa İttifaqının (Aİ) dəstəyini yüksək qiymətləndirir.
Trend-in məlumatına görə, bu barədə Xarici işlər nazir Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib.
"Aİ-dən bu yaxınlarda təqdim olunmuş 4 milyon avroluq humanitar paketə minalardan təmizləmə dəstəyi də daxildir", - deyə C.Bayramov bildirib.