...

Media sahəsində həyata keçirilən islahatlar medianın nüfuzunun artırılması məqsədi daşıyır - Səadət Yusifova

Siyasət Materials 21 İyul 2022 15:58 (UTC +04:00)
Media sahəsində həyata keçirilən islahatlar medianın nüfuzunun artırılması məqsədi daşıyır - Səadət Yusifova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra media üzərində senzura ləğv edildi, medianın maddi-texniki bazası gücləndirildi, medianın yeni inkişaf imkanları açıldı.

Trend-in məlumatına görə, bunu “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

S.Yusifova bildirib ki, Prezident İlham Əliyev mediaya yüksək qiymət verir. Onun sözlərinə görə, son iki ildə media sahəsində həyata keçirilən islahatlar ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması, rəqabət mühitinin inkişaf etdirilməsi, medianın nüfuzunun artırılması məqsədi daşıyır.

“Bu gün Azərbaycan mediasında həyata keçirilən islahatların məqsədi ənənəvi medianın rəqəmsal mediaya sürətli keçidini təmin etmək, medianın maddi-texniki bazasının gücləndirilməsi, media subyektlərinin uğurlu biznes modelinin formlaşadırılması, cəmiyətin mediaya etimadının artırılması, medianın beynəlxalq əməkdaşlığının genişləndirilməsidir.

Medianın gücünü 30 illik işğal dövründə, Vətən müharibəsi dövründə və post-müharibə dövründə gördük. İkinci Qarabağ müharibəsi zamanı Azərbacan mediası informasiya müharibəsinə daha hazırlıqlı idi. Düzgün informasiya və kommunikasiya strategiyası qurmaqla Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə aktiv çatdırmağa nail olndu. Cənab Prezident İlham Əliyevin 30-dan artıq beynəlxalq media qurumuna müsahibə verməsi beynəlxalq mediaya çıxış problelmini aradan qaldırdı”, - deyə bildirib.

O qeyd edib ki, müharibədən sonra azad olunmuş ərazilərə səfərlərin təşkili 30 il ərzində olan erməni miflərini darmadağın etdi. “Bərpa-quruculuq işləri ilə də Azərbaycan nümunə oldu. Dünyanın heç bir ölkəsi bu qədər qısa müddətdə bu qədər bərpa və quruculuq işləri həyata keçirməyib. Görülən işlərin, yeni, dirçələn, çiçəklənən Qarabağın dünyaya təqdimatı isə hazırda əsas məsələdir. İnformasiya ən əhəmiyyətli və ən həssas yanaşma tələb edən faktordur. Ümid edirəm ki, Azərbaycan mediası bundan sonra da dövlətin inkişafına xidmər edəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti