...

Azərbaycan mediaya münasibətdə açıq ölkədir - Aleksandru Giboy

Siyasət Materials 23 İyul 2022 14:51 (UTC +04:00)
Azərbaycan mediaya münasibətdə açıq ölkədir - Aleksandru Giboy
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada Beynəlxalq Media Forumunun təşkili onu göstərir ki, Azərbaycan mediaya münasibətdə açıq ölkədir.

Bunu Trend-ə Şuşada keçirilən Beynəlxalq Media Forumunun kuluarlarında Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboy deyib.

"Bugünkü qlobal böhranda media cəmiyyətin əsas komponentlərindən biri olduğu üçün daha çox diqqətə ehtiyac duyur", - A.Giboy bildirib.

Onun sözlərinə görə, sabit və nüfuzlu media olmadan istənilən demokratiya saxta xəbərlər, dezinformasiya və xaricdən müdaxilə kimi təsirlərə qarşı həssasdır.

"Bu baxımdan Azərbaycan da istisna deyil. Bu gün Azərbaycan dünya miqyasında çox mühüm rol oynayır. Güclü, nüfuzlu media ilə Azərbaycan daha da uğurlu dövlətə çevrilə bilər", - A.Giboy deyib.

Baş katib birinci Beynəlxalq Media Forumunun Şuşada keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb.

A.Giboy ümidvar olduğunu bildirib ki, bu forumun təşkili davamlı olacaq, çünki belə təşəbbüslər daimi xarakter daşımalıdır.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda beynəlxalq media forumu keçirilib.

Tədbir çərçivəsində “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar”, “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” adlı panel iclasları keçirilib.

Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər şəxslər, həmçinin xarici media təmsilçiləri iştirak ediblər.

Twitter: @mariiiakhm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti