...

Vətən yolunda sağlamlığından keçən heç kim unudulmur - Şərh

Siyasət Materials 4 Avqust 2022 09:03 (UTC +04:00)
Vətən yolunda sağlamlığından keçən heç kim unudulmur - Şərh
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 2-dən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı imzalanıb. Bu, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramıdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova bildirib ki, bu bir daha onu göstərir ki, Vətən yolunda sağlamlığını itirən heç kim unudulmur.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq uğurlu sosial siyasət həyata keçirilir. Həmin siyasətin əsas prioritet istiqamətlərindən biri də həssas qrupdan olan vətəndaşlarımıza, o cümlədən də şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə və müharibə iştirakçılarına olan diqqətdir. Dövlətimizin başçısı İlham Əliyev həmin kateqoriyadan olanları daim diqqət mərkəzində saxlayırlar. Həmin müqabildən olanlara qayğının göstərilməsi üçün Prezident dövlət orqanları qarşısında vəzifələr müəyyənləşdirir, lazımi tapşırıqlar verir, normativ hüquqi aktlar qəbul olunur.

Mövcud qanunvericilikdə dəyişikliklər edilir, onların sosial ödənişləri artırılır, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində və digər praktiki tədbirlər, bir sözlə, kompleks tədbirlər həyata keçirilir”, - deyə S.Hüseynova bildirib.

Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra sosial sahədə görülən işlər daha böyük və geniş vüsət alıb: “Ötən il yanvarın 1-dən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və Milli qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında ötən il dekabrın 23-də Fərman da imzalanıb. Həmin Fərmana əsasən birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub.

Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə hər zaman diqqət qayğı yüksək olub. Bundan sonra da belə olacaq. Həmin kateqoriyadan olanlara dövlət qayğısı həm də onu göstərir ki, Vətən yolunda öz canından, qanından sağlamlığından keçənləri nə dövlət, nə də xalq unutmur”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə bildirib ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi, onların bütünlükdə qayğı ilə əhatə olunması dövlətin müharibə iştirakçılarına göstərdiyi diqqətin növbəti təcəssümüdür və eyni zamanda möhtərəm Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin əsas istiqamətlərindən biridir.

Deputat qeyd edib ki, buna əslində sosial dəstək proqramının davamı da demək olar. “Çünki proses geniş spektrlidir və uzun illərdir həyata keçirilir. Bu dəfə də minlərlə insanı əhatə edəcək məlum proqram heç şübhəsiz ki, çoxlu sayda ailənin sevincinə səbəb olacaq.

Bir daha deyirəm. Bu, yeni iş deyil. Bu, hər zaman görülən işdir. Bu, dövlət siyasətinin prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında da dəfələrlə vurğulayıb ki, müharibə iştirakçıları bizim üçün çox əziz və qiymətlidir. Dövlət başçısı hər zaman qəhrəman övladlarımıza hörmət və ehtiramla yanaşıb, eyni zamanda hamıya da tövsiyyəsi bu olub ki, qəhrəmanlarımıza diqqətlə yanaşılsın, həmin qəhrəmanlar öz üzərlərində daim layiq olduqları qayğı və ehtiramı hiss etsinlər”, - deyə deputat bildirib.

O qeyd edib ki, haqqında danışılan birdəfəlik ödəmələr məlum olduğu kimi Birinci Qarabağ müharibəsi əlillərinə şamil olunub. “Bu isə o deməkdir ki, dövlət tərəfindən kimsə unudulmur, hamı dövlətin diqqətindədir, bütün qəhrəmanlarımız haqq etdikləri hörmət və ehtiramla əhatə olunub”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti