...

Mövlud Çavuşoğlu Azərbaycanın Britaniyadakı səfirliyinə hücumla bağlı Ceyhun Bayramova zəng edib

Siyasət Materials 6 Avqust 2022 15:45 (UTC +04:00)
Mövlud Çavuşoğlu Azərbaycanın Britaniyadakı səfirliyinə hücumla bağlı Ceyhun Bayramova zəng edib

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Trend-in Türkiyə KİV-ə istinadən məlumatına görə, M.Çavuşoğlu avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı keçmiş olsun diləklərini çatdıraraq Azərbaycana hər cür dəstəyi verməyə hazır olduqlarını vurğulayıb

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti