...

Azərbaycanda medianın inkişafı üçün şərait var - Kamran Əliyev

Siyasət Materials 10 Avqust 2022 10:17 (UTC +04:00)
Azərbaycanda medianın inkişafı üçün şərait var - Kamran Əliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda medianın zəruri inkişafı üçün şərait var.

Trend-in məlumatına görə bunu, baş prokuror Kamran Əliyev “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfrans zamanı bildirib.

Onun sözlərinə görə, müasir cəmiyyətlərin inkişafını medianın inkişafı olmadan düşünmək olmaz.

“Tam əminliklə deyə bilərik ki, Azərbaycanda media artıq hakimiyyətin 4-cü qoludur. Vətən müharibəsi dövründə bizim jurnalistlərimiz birbaşa cəbhə bölgəsində fəaliyyət göstərdi,eyni zamanda Azərbaycanın haqlı mübarizəsini dünyaya çatdırdılar”, -K.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti