...

Kasım-Jomart Tokayev: Ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan inkişafının yeni dövrünə qədəm qoyub

Siyasət Materials 24 Avqust 2022 19:20 (UTC +04:00)
Kasım-Jomart Tokayev: Ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan inkişafının yeni dövrünə qədəm qoyub

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub.

Trend xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

Bu işdə Azərbaycanın milli lideri, Prezident İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətlərinin olduğunu söyləyən Kasım-Jomart Tokayev qeyd edib: “Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti