...

Əgər hücumdan xəbəriniz vardısa, niyə əsgərləri hərbi hissədən çıxarmadınız? - Ermənistanda partiya rəsmisi

Siyasət Materials 14 Sentyabr 2022 20:28 (UTC +04:00)
Əgər hücumdan xəbəriniz vardısa, niyə əsgərləri hərbi hissədən çıxarmadınız? - Ermənistanda partiya rəsmisi

Bakı. Trend:

Azərbaycanın hücumundan xəbəriniz vardısa, niyə əsgərləri hərbi hissədən çıxarmadınız?

Trend-in məlumatına görə, bunu Ermənistanın “Respublikaçılar” partiyasının Ali Orqanının nümayəndəsi Eduard Şarmazanov son günlərdə Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlərlə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyini tənqid edərkən deyib.

O, Azərbaycan hücumunun onları təəccübləndirmədiyini qeyd edən “Vətəndaş Müqaviləsi” üzvlərinə müraciət edib.

"Əgər hücumdan xəbəriniz vardısa, niyə əsgərləri hərbi hissədən çıxarmadınız?", - deyə müraciətində vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti