Bakı. Trend:
Biz Ermənistanın təxribatı nəticəsində dinc sakinlər arasında zərər çəkənlərin olması barədə xəbərlərdən narahatıq.
Bunu Trend-ə Amerika Yəhudi Komitəsinin direktoru Semyuel Kliqer Ermənistan qoşunlatının Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatını şərh edərkən deyib.
"Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının dünya ictimaiyyəti üçün nikbinlik səbəbinə çevrildiyini nəzərə alanda, bu daha da təhlükəli şəkil alr. İstənilən təxribatlar sülh prosesinə zərər vurur. Bu, onu göstərir ki, regionda və onun hüdudlarından kənarda iki qonşu ölkə arasında sülhün olmasını istəməyən qüvvələr var", - deyə o bildirib.
H.Kliger qeyd edib ki, sülh lazımdır.
"Hesab edirik ki, gələcək gərginliyin qarşısının alınması üçün hərtərəfli sülh sazişi zəruridir", - o deyib.
O əlavə edib ki, Cənubi Qafqazda sülh prosesinin həssalığı regionda və dünyada qeyri-stabil vəziyyətlə bağlıdır.
(Tərcümə: Orxan Nəbiyev)