...

Azərbaycanın dəmir yumruğu yerindədir - Türkiyə səfiri (FOTO)

Siyasət Materials 15 Sentyabr 2022 12:54 (UTC +04:00)
Azərbaycanın dəmir yumruğu yerindədir - Türkiyə səfiri (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilərin Qarabağ üzrərindəki haqsız iddialarına qarşı Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi dəmir yumruq yerindədir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakının erməni-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə səfirlikdə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Bəlkə həyatlarında heç vaxt görmədikləri torpaqlar uğruna şəhid olan əsgərlərimizin şücaəti ilə 44 günlük müharibədə böyük zəfər qazanıldı. Nəticədə 30 ilə yaxın düşmən işğalında qalan Qarabağ azad edildi.

Torpaqların azadlığı uğrunda bu gün də şəhidlərimiz var. Bir daha hər birinə Allahdan rəhmət diləyirəm", - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti