...

Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal alınmasına dair tapşırıq verib

Siyasət Materials 24 Sentyabr 2022 11:42 (UTC +04:00)
Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal alınmasına dair tapşırıq verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müşavirədə Kəlbəcər və Laçın rayonları istiqamətində, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə hazırkı əməliyyat şəraiti təhlil edilib.

Nazir şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib.

General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən yekunlaşdırılması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti