...

Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti Liviyaya səfər edəcək

Siyasət Materials 3 Oktyabr 2022 07:35 (UTC +04:00)
Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti Liviyaya səfər edəcək

Bakı. Trend:

Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti Liviyaya səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən deyiblər.

Məlumata əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun və Türkiyə rezidentinin mətbuat katibi İbrahim Kalın oktyabrda Liviyaya rəsmi səfər edəcək.

Səfər zamanı Liviyada siyasi keçid prosesi və bu kontekstdə keçirilən seçkilərin müzakirəsi, ikitərəfli münasibətlərin, o cümlədən hərbi təlimlər sahəsində əməkdaşlığın nəzərdən keçirilməsi, regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti