...

Azərbaycanla Ermənistan 5 əsas prinsip üzərində razılaşıblar - Çavuşoğlu

Siyasət Materials 11 Oktyabr 2022 13:19 (UTC +04:00)
Azərbaycanla Ermənistan 5 əsas prinsip üzərində razılaşıblar - Çavuşoğlu
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Ermənistan qalıcı sülh sazişi imzalamalıdır. İki dövlət 5 əsas prinsip üzərində razılaşdılar. İndi bu prinsipləri həyata keçirmək lazımdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TVNet" kanalına müsahibəsində deyib.

Nazir deyib ki, Azərbaycanla Ermənistan arasında müzakirələr artıq daha yaxşı irəliləyir.

"Azərbaycanın Qarabağ zəfərindən sonra bir şeyi vurğulamaq lazımdır ki, sabitlik çox vacibdir. Artıq münaqişə bitib, düzdür, sülh istəməyən bir çox insanlar var. Amma Ermənistan bir şeyi başa düşməlidir. Dayanıqlı sülhün əldə olunması lazımdır. Müzakirələr artıq daha yaxşı irəliləyir. Brüssel və Praqa görüşləri bunu təsdiq edir. Yekunda Ermənistan və Azərbaycanın dayanıqlı sülh sazişini əldə etməsi lazımdır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti