...

Prezident İlham Əliyev: Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik

Siyasət Materials 11 Oktyabr 2022 21:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik

Bakı. Trend:

Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.

Dövlət başçısı bildirib:

"Biz bu gün məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışdıq. Düşünürəm ki, bu sahədə də ölkələrimizin aparıcı ali məktəblərində tələbələrimizin təhsil alması və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. Çünki onlar gələcəkdə bizim kimi köklərimizə, ənənələrimizə, ölkələrimiz arasında hisslərə bağlı olmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti