Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ABŞ üçün prioritet olaraq qalır.
Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı deyib.
"Yaxın həftələrdə və aylarda ABŞ-ın prosesdə yüksək səviyyədə iştirakı davam edəcək. Ötən ay Dövlət katibi Nyu-Yorkda Ermənistan və Azərbaycan nazirləri ilə üçtərəfli görüş təşkil etdi. Bu, nazirlərin sentyabr hadisələrindən sonra ilk üzbəüz görüşü idi", - deyə o bildirib.
N.Prays qeyd edib ki, Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Filip Riker hər iki ölkədən ayrı-ayrı şəxslərlə təmasları davam etdirir.
"Biz bu məsələ ilə məşğul olmağı davam etdirəcəyik. Konkret nəticə vəd edə bilməsəm də, bu məsələnin bizim prioritet olaraq qalacağını söz verə bilərəm", - mətbuat katibi deyib.
(Tərcümə: Orxan Nəbiyev)